banner

Şengen vizası necə almaq olar?

Avropanın müxtəlif mədəniyyətlərini, tarixi abidələrini və təbii gözəlliklərini kəşf etmək istəyən hər bir səyahətçi üçün Şengen vizası əvəzolunmazdır. Ancaq Şengen vizasını əldə etmək üçün müraciət prosesi və tələb olunan sənədlər barədə ətraflı məlumata sahib olmaq vacibdir. Bu yazıda Şengen vizası üçün müraciət etməzdən əvvəl nəzərə almalı olduğunuz əsas məqamları və hazırlamalı olduğunuz sənədlərin siyahısını sizə təqdim edəcəyik.

Şengen vizası nədir?

Şengen vizası Avropanın 27 ölkəsi arasında sərbəst hərəkət etmək üçün tələb olunan bir səyahət icazəsidir. Bu viza sahibləri vizanın etibarlılıq müddəti ərzində Şengen zonasındakı ölkələrə birbaşa və ya dolaylı olaraq giriş edə bilərlər. Şengen zonası Avropanın müxtəlif bölgələrində yerləşən ölkələri əhatə edir və bir çox səyahətçilər üçün Avropa qitəsini kəşf etmə imkanı yaradır.

Şengen zonasında birbaşa uçuşla səyahət edə biləcəyiniz ölkələr

Azərbaycan Hava Yolları ilə Şengen zonasına birbaşa uçuşlar təklif edən bir çox ölkə mövcuddur. Bu birbaşa uçuşlar səyahətinizi daha rahat və vaxt qənaətli edir, sizi seçdiyiniz Avropa şəhərlərinə tez bir zamanda çatdırır. Həm turizm, həm də işgüzar səfərlər üçün ideal olan bu uçuşlarla Şengen vizası ilə daxil ola biləcəyiniz bir çox maraqlı və tarixi yerləri ziyarət etmək mümkündür. Azərbaycan Hava Yollarının uçduğu Şərqi, Mərkəzi və Qərbi Avropadakı Şengen ölkələri:

Şərqi Avropa

-Polşa

-Çexiya

-Macarıstan

Mərkəzi Avropa

-Almaniya

-Avstriya

-İsveçrə

Qərbi Avropa

-Fransa

-İtaliya

-İspaniya

-Niderland

Şengen zonasında birbaşa uçuşla səyahət edə biləcəyiniz ölkələr

Şengen vizalarının növləri

Hər bir səyahətçinin ehtiyacları fərqlidir və buna görə də Şengen vizaları müxtəlif növlərə bölünür. Bu növlər səyahətinizin məqsədindən, müddətindən və vizanın istifadə ediləcəyi xüsusi şəraitdən asılı olaraq dəyişir.

Qısamüddətli vizalar (C kateqoriyası)

C kateqoriyalı Şengen vizası ən geniş yayılmış viza növüdür və əsasən turizm, işgüzar səfərlər və ailə ziyarətləri üçün nəzərdə tutulmuşdur. Bu viza ilə səyahətçilərə Şengen zonasında 180 gün ərzində maksimum 90 gün qalmaq imkanı verilir

Tranzit vizası (A və B kateqoriyaları)

Tranzit vizaları Şengen zonasında yalnız keçid üçün nəzərdə tutulmuş xüsusi vizalardır və iki əsas kateqoriyaya bölünür:

A kateqoriyalı viza (Hava limanı tranzit vizası): Bu viza yalnız beynəlxalq hava limanlarında tranzit zonasında qalmaq üçün verilir. Bu vizaya sahib olan şəxslər Şengen zonasına daxil olmadan və sərhədi keçmədən bir Şengen ölkəsinin hava limanından başqa bir ölkəyə uçuşlarını gözləyə bilərlər. A kateqoriyalı viza Şengen zonasına daxil olmaq hüququ vermir və yalnız hava limanının tranzit zonasından kənara çıxmamağı tələb edir.

B kateqoriyalı viza (Quru yolu ilə tranzit viza): Bu viza Şengen zonasından keçməklə başqa bir ölkəyə gedən səyahətçilər üçün nəzərdə tutulmuşdur. B kateqoriyalı viza ilə səyahətçilər Şengen zonasından avtomobil, qatar və ya avtobus vasitəsilə keçə bilərlər.

Uzunmüddətli vizalar (D kateqoriyası)

D kateqoriyalı Şengen vizası uzunmüddətli səyahət və ya yaşayış məqsədləri üçün verilir. Bu viza növü Şengen zonasında altı aydan artıq qalmaq istəyənlər üçün nəzərdə tutulmuşdur və səyahətçilərə həmin ölkədə yaşamaq, işləmək və ya təhsil almaq imkanı yaradır. Bu viza növü ilə digər Şengen ölkələrinə də səyahət etmək mümkündür, lakin əsas yaşayış yerinin vizanı verən ölkə olması tələb olunur.

Uzunmüddətli vizalar (D kateqoriyası)

Şengen vizası üçün tələb olunan sənədlər

Şengen vizasına müraciət etmək diqqət və dəqiqlik tələb edən bir prosesdir. Müraciət edən şəxsin səyahət məqsədini və maliyyə vəziyyətini aydın şəkildə göstərən müəyyən sənədləri təqdim etməsi vacibdir. Doğru və tam sənədlərin təqdim edilməsi viza müraciətinizin uğurla təsdiqlənməsinin əsas şərtlərindən biridir.

Əsas sənədlər

Şengen vizasına müraciət etməzdən əvvəl bu sənədləri topladığınıza əmin olun.

-Düzgün doldurulmuş və imzalanmış viza ərizə forması

-Etibarlı pasport (ən azı iki boş səhifə ilə)

-Son 6 ay ərzində çəkilmiş iki ədəd biometrik şəkil

-Səyahət tibbi sığortası

-Bilet rezervasiyası

-Otel rezervasiyaları və ya səyahət zamanı qalacağınız ünvanların siyahısı

Əlavə tələb olunan sənədlər

Şengen vizasına müraciət etməzdən əvvəl aşağıdakı tələb olunan əlavə sənədləri də hazırlamağı unutmayın.

-Maliyyə vəziyyətinizi təsdiq edən sənədlər (bank çıxarışları, maaş arayışları)

-İş yerindən arayış və ya təhsil müəssisəsindən təsdiq məktubu

-Ailə bağları təsdiq edən sənədlər (nikah şəhadətnaməsi, doğum haqqında şəhadətnamə)

Əlavə tələb olunan sənədlər

Şengen vizası üçün necə müraciət etmək olar?

Şengen vizasına müraciət etmək üçün əvvəlcə səyahət etməyi planlaşdırdığınız əsas Şengen ölkəsini müəyyən etməlisiniz. Daha sonra həmin ölkənin Azərbaycandakı səfirliyinə və ya viza mərkəzinə müraciət edə bilərsiniz.

Şengen vizasının alınması mərhələləri

Müraciət prosesində aşağıdakı addımları izləməyi tövsiyə edirik. Qeyd edək ki, bu mərhələləri keçdikdən sonra visa almaq imkanına sahib olacaqsınız.

-Sənədlərin hazırlanması: Yuxarıda sadalanan sənədləri tam və düzgün şəkildə hazırlayın.

-Viza randevusu: Onlayn və ya telefon vasitəsilə səfirlikdən və ya viza mərkəzindən görüş alın.

-Viza haqqının ödənilməsi: Müraciət prosesinə görə ödəniş edin. Bu məbləğ ölkəyə və vizanın növünə görə dəyişə bilər.

-Müsahibə: Əgər tələb olunarsa, səfirlikdə müsahibəyə qatılın və əlavə suallara cavab verin.

-Nəticənin gözlənilməsi: Müraciətiniz qəbul edildikdən sonra vizanın təsdiqlənməsini gözləyin və pasportunuzu səfirlikdən götürün.

Bu addımları izləməklə Şengen vizasını uğurla əldə edə bilərsiniz və Avropanın gözəl şəhərlərini rahatlıqla gəzə bilərsiniz.

Müəllif

Müəllif

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Siz Barselona səyahət proqramınıza memarlıq möcüzələrini və şəhərin məşhur məhəllələrini daxil edə bilərsiniz.

    Daha çox
  • Londonda görməli olduğunuz 10 yer

    Londonda görməli olduğunuz 10 yer

    Hər il dünyada ən çox turisti cəlb edən şəhərlər siyahısında ilk sıralarda yer alan London olduqca kosmopolit bir quruluşa malikdir. Şəhərə səfərdən öncə görməli olduğunuz tarixi məkanlar, muzeylər, məşhur küçələr haqqında məlumat əldə edin.

    Daha çox
  • Tbilisidə görməli olduğunuz 10 məşhur yer

    Tbilisidə görməli olduğunuz 10 məşhur yer

    Tbilisi səfərinə çıxmağı qərara almısınız və artıq səyahətinizi planlamaq istəyirsiniz? O zaman Tbilisidə gəzməli yerlər haqqında qeydlərimizi oxuyaraq plan qura bilərsiniz.

    Daha çox
  • Vizasız səyahət edə biləcəyiniz ölkələrin siyahısı

    Vizasız səyahət edə biləcəyiniz ölkələrin siyahısı

    Azərbaycan Hava Yolları (AZAL) səyahət etmək istəyənlər üçün müxtəlif maraqlı və viza tələb etməyən istiqamətlər təklif edir

    Daha çox
  • Paris səyahət bələdçiniz

    Paris səyahət bələdçiniz

    Parisdə görməli yerlər və turistik məkanlar haqqında ətraflı məlumat alın. Səyahətdən əvvəl Paris haqqında məlumatları oxuyaraq planlarınızı hazırlayın.

    Daha çox