banner

Paris səyahət bələdçiniz

Dünyanın ən məşhur və romantik şəhərlərindən biri olan Paris həm də hər bir turistin səyahət etmək istədiyi şəhərlər sırasındadır. Şəhər memarlıq möcüzələri, incəsənət kolleksiyaları və dadlı təamlar ilə zəngindir. Parisə səyahət etməyi planlaşdırırsınızsa, yazdığımız məlumatlar sizə kömək edəcək.

Parisə uçuş və nəqliyyat

Fransanın paytaxtı Parisə səyahət zamanı şəhərə necə giriş edəcəyiniz barədə məlumat sahibi olmaq vacibdir. Hava limanlarından şəhər mərkəzinə necə çatacağınızı və hansı nəqliyyat vasitələrindən istifadə edəcəyinizi öyrənmək üçün oxuyun.

Parisin hava limanları

Parisdə üç əsas hava limanı var: Charles de Gaulle (CDG), Orly (ORY) və Beauvais-Tillé (BVA). CDG şəhərin əsas beynəlxalq hava limanı olaraq ən çox ziyarət edilənlər sırasındadır. Bakıdan bu hava limanına birbaşa uçuşlar mövcuddur. Orly hava limanı isə daha çox Avropa və daxili uçuşlar üçün istifadə olunur. Beauvais-Tillé hava limanı aşağı büdcəli avidaşıyıcıları ilə məşhurdur, nəticədə hava limanında kiçik büdcə ilə səyahət edən turistlər çoxluq təşkil edir.Hava limanlarından şəhər mərkəzinə çatmaq üçün RER qatarları, RoissyBus və OrlyBus avtobusları və ya taksilərdən istifadə edə bilərsiniz. RER qatarları və avtobuslar daha münasib qiymətə malikdir, taksi isə daha rahat bir seçimdir.

Şəhər daxili nəqliyyat

Paris şəhərində səyahət edərkən nəqliyyat vasitələri haqqında məlumatlı olmaq vacibdir. Metro, avtobus, velosiped və ya piyada olaraq şəhəri kəşf etmək üçün geniş imkanlarınız var. Parisin metrosu şəhəri kəşf etmək üçün ən sürətli və effektiv yoldur. 16 fərqli xətti olan Paris metrosu 05:00-00:30 arası işləyir. Gedişlər işə gediş və çıxış saatlarında 2-3 dəqiqədən bir, normal saatlarda isə hər 5-10 dəqiqədən bir təşkil edilir. Hər xəttin öz rəng tonu var. Hər dayanacaqda xəritələrdə harada olduğunuzu və ətrafdakı məntəqələri asanlıqla yoxlaya bilərsiniz. Metro biletlərini stansiyanın girişindəki avtomatlardan asanlıqla ala bilərsiniz.Eləcə də şəhərin müxtəlif yerlərini kəşf etmək üçün Parisin avtobus şəbəkəsindən istifadə edə bilərsiniz. Avtobus marşrutları şəhəri daha geniş perspektivdən görməyə imkan verir.

Şəhər daxili nəqliyyat

Parisdə gəzmək və qalmaq üçün yerlər

Paris zəngin tarixi və mədəniyyəti ilə dünyaca məşhur turizm obyektlərinə sahibdir. Burada yerləşən məşhur tarixi yerlər və muzeylər haqqında mütləq eşitmisiniz. Parisə səyahət etməzdən əvvəl gedəcəyiniz yerləri müəyyən edərək daha rahat və planlı tətil keçirə bilərsiniz.

Parisdə harada qalmaq olar?

Paris yaşayış baxımından bir çox variantı olan bir şəhərdir. Lüks yaşayış ünvanlarından tutmuş büdcəyə uyğun alternativlərə qədər geniş çeşid var. Paris deyəndə ağla gələn bölgələr bunlardır: Yelisey və St. Germain, Le Marais, Luvr və Montmarte. Lüks və komfortlu otellərin yerləşdiyi bu bölgələrin ən böyük üstünlüyü bir çox yerə piyada getmək imkanıdır. Büdcəyə uyğun imkanlar üçün isə Saint Paul, La Ferriere Street və Saint Denis kimi əraziləri seçə və erkən rezervasiya imkanlarından yararlanaraq plan qura bilərsiniz.

Parisdə harada qalmaq olar?

Parisdə məşhur yerlər

Eyfel qülləsi Parisin simvolu olmaqla yanaşı, dünyanın ən məşhur tikililərindən biridir. Qüllənin zirvəsindən şəhərin bənzərsiz mənzərəsini seyr etmək unudulmaz bir təcrübədir. Parisi muzey şəhəri adlandıra bilərik. Şəhərdə Luvr muzeyi, Orsay muzeyi, Notr Dam muzeyi, Fransız Tarixi muzeyi kimi bir çox muzey var. Həmçinin, Sevgi Körpüsü (Pont de l'Archevêché) adlanan və sevgililərin tez-tez ziyarət etdiyi Sena çayı üzərindəki körpüyə arzu tutaraq qıfıl asa bilərsiniz.

Parisdə təamlar və restoranlar

Paris dünyaca məşhur mətbəxi ilə tanınır. Burada yerli yeməklərdən tutmuş beynəlxalq mətbəxlərə qədər müxtəlif seçimlər tapa bilərsiniz. Paris kulinariya sevərləri üçün həqiqətən unikal bir təcrübə təqdim edir. Hər küçəsində hər küncündə yeni dadlar, yeni təamlar sizi gözləyir. Burada hər yemək sadəcə bir qida deyil, həm də bir sənət əsəridir.

Kafe mədəniyyəti

Parisin kafe mədəniyyəti dünya miqyasında məşhur olub, şəhərin yaşam tərzinin ayrılmaz hissəsidir. Şəhərin hər küçəsində, demək olar ki, hər addımda ənənəvi Paris kafesinə rast gəlmək mümkündür. Bu məkanlarda oturub bir fincan qəhvə içmək əsl Paris atmosferini hiss etmək deməkdir. Café de Flore və Les Deux Magots kimi tarixi kafelərdə oturaraq kruassan və espresso ilə səhər yeməyi etmək şəhərin həyat ritmini müşahidə etmək üçün ideal seçimdir. Əsrlər boyu məşhur yazıçılar, rəssamlar və filosoflar burada ilham almış, öz əsərlərini yaratmışlar. Belə ki, Parisdə kafe mədəniyyəti sadəcə bir qida təcrübəsi deyil, həm də şəhərin ruhunu anlamaq üçün əvəzolunmaz bir fürsətdir.

Kafe mədəniyyəti

Fransız mətbəxi

Paris dünya miqyasında ən məşhur kulinariya mərkəzlərindən biri olaraq müxtəlif yemək təcrübələri təqdim edir. Şəhərdə yüksək reytinqli restoranlardan tutmuş, sadə və səmimi kafelərə qədər geniş çeşidli məkanlar mövcuddur. Burada hər bir yemək təcrübəsi, əslində bir səyahətdir. Coq au vin (şərabda bişmiş toyuq), escargots (ilbiz) və crème brûlée kimi klassik Fransız yeməkləri Fransız mətbəxinin incəlikləridir. Bu yeməklər uzun illər ərzində təkmilləşdirilmiş ənənəvi reseptlərə əsaslanır və hər bir qonağa unudulmaz bir kulinar zövq yaşadır. Hər bir restoranın menyusu xüsusi diqqətlə seçilmiş məhsullardan ibarətdir və hər bir yemək incəliklə hazırlanaraq təqdim olunur.

Müəllif

Müəllif

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Siz Barselona səyahət proqramınıza memarlıq möcüzələrini və şəhərin məşhur məhəllələrini daxil edə bilərsiniz.

    Daha çox
  • Londonda görməli olduğunuz 10 yer

    Londonda görməli olduğunuz 10 yer

    Hər il dünyada ən çox turisti cəlb edən şəhərlər siyahısında ilk sıralarda yer alan London olduqca kosmopolit bir quruluşa malikdir. Şəhərə səfərdən öncə görməli olduğunuz tarixi məkanlar, muzeylər, məşhur küçələr haqqında məlumat əldə edin.

    Daha çox
  • Şengen vizası necə almaq olar?

    Şengen vizası necə almaq olar?

    Bu yazıda Şengen vizası üçün müraciət etməzdən əvvəl nəzərə almalı olduğunuz əsas məqamları və hazırlamalı olduğunuz sənədlərin siyahısını sizə təqdim edəcəyik.

    Daha çox
  • Tbilisidə görməli olduğunuz 10 məşhur yer

    Tbilisidə görməli olduğunuz 10 məşhur yer

    Tbilisi səfərinə çıxmağı qərara almısınız və artıq səyahətinizi planlamaq istəyirsiniz? O zaman Tbilisidə gəzməli yerlər haqqında qeydlərimizi oxuyaraq plan qura bilərsiniz.

    Daha çox
  • Viza tələb etməyən ölkələrin siyahısı

    Viza tələb etməyən ölkələrin siyahısı

    Azərbaycan Hava Yolları (AZAL) səyahət etmək istəyənlər üçün müxtəlif maraqlı və viza tələb etməyən istiqamətlər təklif edir

    Daha çox