Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer
Çox zəngin mədəniyyətə malik olan Barselona,həm də memarlıq baxımından misilsiz xəzinələrə malikdir. Xüsusilə məşhur katalon memarı Antoni Qaudinin sürreal əsərləri şəhərin siluetini müəyyən edir. Siz Barselona səyahət proqramınıza memarlıq möcüzələrini və şəhərin məşhur məhəllələrini daxil edə bilərsiniz.
Mündəricat
1.Məşhur memar Qaudinin əsərləri ilə bəzədilmiş şəhərdə əsas görməli yerlər
Barselonada mütləq görməli olduğunuz ilk yer: Sagrada Familia
Mozaika ilə bəzədilmiş məşhur park: Park Güell
Futbol azarkeşləri üçün məbəd: "Barselona" klubunun "Kamp Nou" stadionu
Görməli olduğunuz başqa bir Qaudi əsəri: Casa Batlló
Modernist memarlığın parlaq nümunəsi: Casa Milà
Tarixi əhəmiyyətə malik Barri Gotic
Rəng və işıqların möhtəşəm harmoniyası: Montjuïc Parkı və Sehrli (Magic) Fəvvarə
Əyləncə parkı, panoram restoranlar və Barcelonanın möhtəşəm mənzərəsi: Tibidabo Parkı
Modernizmin şahəsəri: Katalan Musiqi Sarayı
Məşhur memar Qaudinin əsərləri ilə bəzədilmiş şəhərdə əsas görməli yerlər
Barselona şəhərində rast gələcəyiniz bir çox tikili memar Antoni Qaudinin əsəridir. Bu yazımızda bu yerlərin bəzilərini və şəhərin əsas görməli yerlərini sizin üçün qeyd etdik.
Barselonada mütləq görməli olduğunuz ilk yer: Sagrada Familia
Antoni Qaudinin Barselonadaki ən əhəmiyyətli əsər olaraq xarakterizə edilən bazilika diqqəti cəlb edən görünüşü ilə səyahətçiləri valeh edir. Məşhur memar 1883-cü ildə bazilikanın tikintisini öz üzərinə götürdükdən sonra onun dizaynında köklü dəyişikliklər etmişdir. Müqəddəs Ailə kilsəsi olaraq tanınan tikili xalq arasında tamamlanmamış kilsə olaraq da tanınır. Qaudinin qəfil ölümündən sonra binanın tikintisi yarımçıq qalsa da, mövcud olan hissələr böyük diqqət çəkir.
Mozaika ilə bəzədilmiş məşhur park: Park Güell
Qaudi tərəfindən təbiətdən ilham alaraq dizayn edilən Park Güell Carmel təpəsində yerləşir. Eusebi Güell-in istəyinə uyğun olaraq planlaşdırılan 60 evli layihənin tikintisi tamamlanmadıqda, ərazi parka çevrilmişdir. Parkı ziyarət edərkən Qaudi tərəfindən hazırlanmış mebel və əşya kolleksiyasının nümayiş olunduğu “Casa Museu Gaudi”ni də ziyarət edə bilərsiniz.
Futbol azarkeşləri üçün məbəd: "Barselona" klubunun "Kamp Nou" stadionu
Barcelona futbol klubunun stadionu olan və futbol azarkeşləri üçün məbədi xatırladan “Kamp Nou”nun bələdçili turlara qatılaraq ətraflı məlumat almaq və stationu gəzmək fürsəti əldə edə bilərsiniz. Tur zamanı muzey bölməsinə girdiyiniz zaman futbol komandasının qazandığı kuboklarla yanaşı Dali, Miro və Taples kimi rəssamların əsərlərini də yaxından izləyə bilərsiniz.
Görməli olduğunuz başqa bir Qaudi əsəri: Casa Batlló
Kataloniya Meydanını (Plaça de Catalunya) gəzərkən Qaudinin imzasını daşıyan başqa bir əsər olan “Casa Batllo”ya vaxt ayıra bilərsiniz. Kataloniyalı memar binanın eksteryerini dizayn edərkən Monenin “Su Zanbaqları” seriyasından ilhamlanıb.
Modernist memarlığın parlaq nümunəsi: Casa Milà
Kataloniya Meydanının yaxınlığında yerləşən Casa Mila həm daxili, həm də xarici memarlığı ilə şəhərə möhtəşəmlik qatan başqa bir Qaudi əsəridir. Usta memarın bəzi rəsmləri, fotoşəkilləri və dizaynları Pere Mila adına tikilmiş binada yerləşən EspaiQaudi adlı qalereyada nümayiş etdirilir. Ümumiyyətlə, Barselonaya səyahət zamanı Qaudi tərəfindən dizayn edilmiş bir çox bina görəcəkiniz.
Tarixi əhəmiyyətə malik Barri Gotic
Barselona şəhərinin tarixi əhəmiyyətli bölgəsi olan Barri Gothic eramızdan əvvəl 1-ci əsrdə Romalılar tərəfindən Barcino adı ilə qurulmuşdur. 14-15-ci əsrlərdə Barselona şəhərinə gətirilən qotika memarlığının ən gözəl əsərləri bu bölgədə yerləşir. Baarri Gotic, La Rambla küçəsi, Katalonya meydanı, La Ribera küçəsi kimi digər attraksionlara yaxındır, burada dolaşarkən xoş kafe-barlarda və ya restoranlarda vaxt keçirməkdən həzz alacaqsınız.
Rəng və işıqların möhtəşəm harmoniyası: Montjuïc Parkı və Sehrli (Magic) Fəvvarə
Barselonaya səfər zamanı Montjuic təpəsindəki Kataloniya Milli İncəsənət Muzeyinin düz qarşısındakı şoulara mütləq baxmalısınız. Musiqi ilə rəqs edən suların təsirli şousunu izləyərkən özünüzü başqa bir dünyada hiss edəcəksiniz.
Əyləncə parkı, panoram restoranlar və Barcelonanın möhtəşəm mənzərəsi: Tibidabo Parkı
Montjuic qəsrindəki panoramik mənzərədən sonra növbəti ünvanınız Tibidabo ola bilər. Yuxarıdan möhtəşəm şəhər mənzərəsini seyr edərkən, Temple Expiatori del Sagrat Cor kilsəsinin təqdim etdiyi tarixi faktura ilə bu məkandan daha da həzz ala bilərsiniz.
Modernizmin şahəsəri: Katalan Musiqi Sarayı
Katalan Musiqi Sarayı ( ispan dilində Palau de la Música Catalana ) — Barselonanın La Ribera rayonunda yerləşən konsert salonu. 1997-ci ildə YUNESKO-nun “Ümumdünya irsi obyektlərinin siyahısı”na qəbul edilən bu zal Kataloniya İntibah Hərəkatında (Renaixença) mühüm yeri olan "Orfeo Katala xoru" üçün tikilmişdir. Buraya getmək üçün daxili tura qoşula və ya konsertə bilet ala bilərsiniz.