banner

Londonda görməli olduğunuz 10 yer

Hər il dünyada ən çox turisti cəlb edən şəhərlər siyahısında ilk sıralarda yer alan London olduqca kosmopolit bir quruluşa malikdir. Şəhərə səfərdən öncə görməli olduğunuz tarixi məkanlar, muzeylər, məşhur küçələr haqqında məlumat əldə edin.

Londona səyahət zamanı görməli olduğunuz tarixi yerlər

London sadəcə küçələri ilə belə çox maraqlı bir şəhərdir və gəzməli yerləri çoxdur. Çoxlu muzey və sərgilərə, eləcə də tarixi binalara ev sahibliyi edən şəhər öz ziyarətçilərinə uzun illər unudulmayacaq səyahət vəd edir. Eyni zamanda, şəhərdə səfəriniz zamanı ziyarət edə biləcəyiniz bir çox tarixi məkan var.

Vestminster abbatlığı

Qotik memarlığı və bütün əzəməti ilə heyranedici məbəd olan Vestminster abbatlığı Birləşmiş Krallığın ən mühüm dini tikililərindən biridir. 1066-cı ildən Britaniya kral ailəsinin tacqoyma mərasimlərinin keçirildiyi kafedral Britaniya tarixində iz qoyan Elizabet York və Geoffrey Chaucer kimi şəxsiyyətlərin məzarı da olmaqla öz əhəmiyyətini qoruyur.

Tauer körpüsü

Londonun görməli yerlərindən biri olan Tauer körpüsü 1894-cü ildən fəaliyyət göstərir. Bask üslubunda inşa olunmuş körpü bu üslubda inşa olunan körpülər arasında ən məşhurudur. Temza çayı üzərində yerləşən, 65 metr hündürlüyündəki bu körpüdə xatirə şəkilləri çəkə bilərsiniz.

Tauer körpüsü

Müqəddəs Pavel kafedralı

Müqəddəs Paul Katedrali İngiltərənin paytaxtı Londonun ən yüksək nöqtəsində, Ludgate təpəsində yerləşir. Müqəddəs Pavel Katedralinin altında suvenirlər ala biləcəyiniz mağaza və istirahət edə biləcəyiniz kafe var. Katedrali gördükdən sonra Millenium körpüsündən keçib Teyt Modernə çata bilərsiniz.

Londonda görməli olduğunuz muzeylər

Londona səyahət edərkən şəhərin zəngin mədəni irsi və tarixi ilə tanış olmaq üçün mütləq ziyarət etməli olduğunuz bir neçə möhtəşəm muzey var. Bu muzeylər təkcə tarixi eksponatlar və sənət əsərləri ilə deyil, həm də interaktiv sərgiləri ilə diqqət çəkir.

Teyt Modern

Dünyanın ən müasir incəsənət kolleksiyalarından birinə sahib olan Teyt Modern xüsusi memarlığı ilə də tanınır. Teyt Modern müasir sənət həvəskarları ilə müxtəlif elm sahələrinin əhəmiyyətli sənət əsərlərini bir araya gətirir. Müqəddəs Pavel kafedralına yaxın yerləşən Teyt Modern muzeyi Londonda ziyarət ediləcək yerlər siyahısında mütləq olmalıdır.

Britaniya muzeyi

Britaniya muzeyini Londonun digər mühüm muzeyi olan Milli Qalereyadan fərqləndirən ən mühüm xüsusiyyət incəsənət muzeyi olmaqla yanaşı, həm də burada antropoloji əhəmiyyətli əsərlərin yer almasıdır. Bloomsbury bölgəsində yerləşən Britaniya muzeyi 13 milyondan çox artefaktla bəşəriyyətin inkişafını əks etdirir. Qeyd edək ki, 1753-cü ildən fəaliyyətdə olan Britaniya muzeyini hər il 6 milyon insan ziyarət edir və muzeyə giriş pulsuzdur.

Britaniya muzeyi

Şerlok Holms muzeyi

Düşünürük ki, Artur Konan Doyl tərəfindən yaradılan dünyanın ən məşhur detektivi Şerlok Holmsun Beyker küçəsi 221B ünvanında yerləşən evi Londonda ziyarət ediləcək yerlər siyahısındakı ən rəngarəng ünvanlardan biridir. Muzey hər gün 09:30-dan 18:00-a kimi acıqdır. Muzeydə pulsuz foto və video çəkilişə icazə verilir.

Londonda görməli olduğunuz məşhur yerlər

London tarix və mədəniyyətlə dolu bir şəhər olaraq hər bir zövqə uyğun unikal təcrübələr təqdim edir. Londonda mütləq görməli olduğunuz bu məşhur məkanları bizimlə birlikdə kəşf edin.

Londonun gözü

Hündürlüyü 135 metr və eni 90 metr olan Londonu az qala quş baxışı ilə görə biləcəyiniz London gözü 1999-cu ildə tikildiyi zaman dünyanın ən hündür dönmə çarxı idi.

Camden Town

1791-ci ildə əsası qoyulan və o vaxtdan bəri səyahət sevərlərin məşhur məkanı olan Camden Town Londonda ziyarət etmək üçün ən xoş yerlərdən biridir. Fikrimizcə, çoxlu mağazalar, kafelər, barlar və canlı musiqinin olduğu “Camden Town”a mütləq getməlisiniz.

Oksford küçəsi

Avropanın ən işlək alış-veriş küçələrindən biri Oksford küçəsidir. 300-dən çox mağazanın yerləşdiyi Oksford küçəsi milyonlara ziyarətçini qəbul edir. Alış-verişi sevsəniz də, sevməsəniz də, bu küçəni Londonda görməli yerlər siyahısına mütləq əlavə etməlisiniz.

Oksford küçəsi

Kovent-Qarden

Kovent-Qarden Londonun mərkəzində yerləşən bir əyləncə və alış-veriş bölgəsidir. Burada həm lüks butiklər, həm də yerli sənətkarların mağazalarını tapa bilərsiniz. Kovent-Qarden maraqlı hədiyyələr, suvenirlər və əl işi məhsullar axtarışında olanlar üçün ideal bir yerdir. Bundan əlavə, küçə sənətçilərinin çıxışlarını izləyə bilər, müxtəlif kafe və restoranlarda ləzzətli yeməklərdən zövq ala bilərsiniz.

Müəllif

Müəllif

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Siz Barselona səyahət proqramınıza memarlıq möcüzələrini və şəhərin məşhur məhəllələrini daxil edə bilərsiniz.

    Daha çox
  • Tbilisidə görməli olduğunuz 10 məşhur yer

    Tbilisidə görməli olduğunuz 10 məşhur yer

    Tbilisi səfərinə çıxmağı qərara almısınız və artıq səyahətinizi planlamaq istəyirsiniz? O zaman Tbilisidə gəzməli yerlər haqqında qeydlərimizi oxuyaraq plan qura bilərsiniz.

    Daha çox
  • Viza tələb etməyən ölkələrin siyahısı

    Viza tələb etməyən ölkələrin siyahısı

    Azərbaycan Hava Yolları (AZAL) səyahət etmək istəyənlər üçün müxtəlif maraqlı və viza tələb etməyən istiqamətlər təklif edir

    Daha çox
  • Şengen vizası necə almaq olar?

    Şengen vizası necə almaq olar?

    Bu yazıda Şengen vizası üçün müraciət etməzdən əvvəl nəzərə almalı olduğunuz əsas məqamları və hazırlamalı olduğunuz sənədlərin siyahısını sizə təqdim edəcəyik.

    Daha çox
  • Paris səyahət bələdçiniz

    Paris səyahət bələdçiniz

    Parisdə görməli yerlər və turistik məkanlar haqqında ətraflı məlumat alın. Səyahətdən əvvəl Paris haqqında məlumatları oxuyaraq planlarınızı hazırlayın.

    Daha çox