Bizimlə Ekonom Sinifdə səyahət edərkən yüksək səviyyəli xidmət standartlarından zövq alın.

Ekonom Sinif “Azərbaycan Hava Yolları” aviaşirkətindən əlverişli qiymətə əldə etmək istədiyiniz hər növ rahatlıq və üstünlükləri təmin edir.

Hava gəmilərimizin ekonom sinif salonlarında ayaqlar üçün geniş yer və rahatlıq təmin edilir. Bununla Siz özünüzü daha rahat və sərbəst hiss edə bilərsiniz. Oturacaqlar erqonomik qaydada hazırlanıb, geriyə açıla bilir və sizin rahatlığınız üçün tənzimlənən baş altlıqları ilə təmin edilib.

B-787 və B-767 tipli hava gəmilərimizdə oturacaqlara 10.6 düym ölçüdə sensorlu monitorlar quraşdırılmışdır. Bu monitorlarda geniş çeşiddə yeni və klassik filmlər, TV proqramlarını izləmək, oyunlar və digər əyləncələri vasitələrindən istifadə edərək səyahətinizi daha da maraqlı edə bilərsiniz.

Aviaşirkətin A319/320, B-757 tipli hava gəmilərində asma monitorlar və «Wi-Fi Streaming” vasitəsilə multimedia məzmununa giriş xidməti quraşdırılmışdır.

"Azərbaycan Hava Yolları" öz sərnişinlərinə Azərbaycan nəşrlərinin nümunələrini təqdim edir, nəşrlərin seçimi reysin istiqamətindən asılı olaraq sərnişinlərə təklif olunur.

  • Ekonom sinfində aviabiletinizin tarifindən asılı olaraq pulsuz daşınan baqaj normasından yararlana bilərsiniz. Əlavə baqajın daşınması üçün ödəniş həyata keçirilməlidir. Ətraflı məlumat üçün veb saytımızın “Ödənişsiz daşınan baqaj” bölməsinə keçid edə bilərsiniz: https://azal.az/az/information/baggage/free/

Uçuş vaxtından və təyinat məntəqəsindən asılı olaraq hava gəmisində qidalanma və içkilər təqdim olunur. Səyahət müddətindən asılı olaraq uçuşunuza ən azı 24 saat qalmış Sizin pəhriz ehtiyaclarına cavab verən xüsusi yeməkləri öncədən sifariş verə bilərsiniz.

Ətraflı məlumat üçün veb-saytımızın “Təyyarədə qidalanma” bölməsinə keçid edə bilərsiniz: https://portal.azal.az/az/aboard/meals/