banner

“Azərbaycan Hava Yolları” və Azərbaycan Turizm Bürosu birgə kampaniya keçirməyə başlayıb. Belə ki, 29 dekabr 2024-cü il tarixinə qədər AZAL-ın minik talonunu təqdim edən sərnişinlər “Baku City Tour” turistik avtobusuna bilet əldə edərkən 20% endirimdən yararlana biləcək. Endirim Azərbaycana təşrif buyurduqdan sonra 48 saat ərzində keçərlidir.

Avtobus turu haqqında ətraflı məlumat və iş qrafiki ilə bu səhifədə tanış olmaq mümkündür:

https://azerbaijan.travel/hop-on-hop-off-az