Uçuşun təhlükəsizliyinin təmin olunması məqsədilə aşağıdakı qaydalara riayət olunmalıdır:
Hər biri 100 ml-dək (3.4 oz) həcmli qablarda ümumi həcmi 1 litrdən çox olmayan, ağzı bağlı şəffaf plastik paketdə olduqda mayelərin əl yükündə daşınmasına icazə verilir.
Həcmi 100 ml-dək tutumlarda daçınması mümkün olmayan lakin səfər zamanı həyat ümün vacib olan, tibbi və ya diyetik tələbatı təmin etmək üçün zəruri olan mayelər yuxarıda göstərilən məhdudiyyətlərdən azad olunur.
ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) yayımladığı qərara əsasən, ABŞ-a/ dan uçuşlarda 350 millilitrə bərabər və ya daha çox miqdarda toz maddələrinin (un, şəkər, qəhvə, ədviyyat, süd tozu, pudra və s.) əl-yükündə və ya sərnişinin üzərində daşınmasına icazə verilmir. 350 ml həcmindən az olan toz məhsullar xüsusi təhlükəsizlik baxışına məruz qalır və əgər bu məhsullar uçuş zamanı gərəkli deyilsə sərnişinləri onları qeydiyyatdan keçmiş baqajda aparmağa dəvət edirik.
350 millilitrə bərabər və ya daha çox toz materilların salonda daşınmasına icazə verilmir və qeydiyyatdan keçmiş baqajda daşınmalıdır.
350 millilitrə bərabər və ya daha çox toz materilların salonda daşınmasına icazə verilmir və qeydiyyatdan keçmiş baqajda daşınmalıdır.
Uşaq qidası, reseptli dərmanlar və insan qalıqları yalnız möhürlənmiş bağlamada daşına bilər.
Son yola düşmə məntəqəsində hava limanının rüsumsuz ticarət mağazalarından satın alınmış toz halında maddələr kassa çeki ilə birlikdə Xüsusi hermetik bağlamada yerləşdirilməlidir.
Sizin baqajınızda daşınması qəti qadağan olunmuş əşyalar
Zəhər
Radioaktiv maddələr
Paslanmaya meyilli maddələr
Fişəng
Partlayıcı maddələr
Baqaja verilməsinə icazə verilən, amma qəti surətdə salona keçirilməsi qadağan olunan əşyalar
Təchizat
Soyuq silah
Odlu silah
Baqaja təhvil verilməsinə və ya daşınmasına icazə verilən əşyalar
Kibrit, alışqanlar
Tualet əşyaları: ətirlər, aerozollar
Xəbərdarlıq!