Baqajın pulsuz daşınma normasının şamil edilmədiyi xüsusi baqaj əşyaları
Ölçü və çəkisinə görə adi baqajdan fərqlənən iriölçülü və qeyri-standart baqaja pulsuz daşınma norması şamil olunmur. Bunlara aiddir:
idman ləvazimatı*;
üç ölçünün cəmində 115 sm-dən artıq olan ölçüdə musiqi alətləri;
Audio və videotexnika;
televizorlar, soyuducular;
qablaşdırılmış vəziyyətdə ölçü və çəkisi pulsuz daşınma normasından artıq olan baqaj;
diri heyvanlar;
Xüsusi baqajın daşınması Aviaşirkətlə razılaşdırılmalı və sərnişinin daşıdığı digər baqajın çəkisindən asılı olmayaraq müəyyən edilmiş tariflə ödənilməlidir.
*Bütün uçuşlarda velosiped baqajın pulsuz daşınma normasına daxildir. Normadan artıq daşınması zamanı artıq ölçü nəzərə alınmamalı yalnız normadan artıq yer və ya çəki olduqda nəzərədə tutulmuş ödəniş aparılmalıdır.