Gecikmiş baqajın izlənməsi
Bizim tərəfimizdən göndərilmiş baqaj arayış nömrəsi ilə elektron məktub və ya SMS mətni aldığınız təqdirdə, həmin baqaj arayış nömrəsini və sərnişinin soyadını istifadə etməklə əlaqə informasiyasını və çatdırılma yerini yeniləyə bilərsiniz.
Əgər itirilmiş baqaj haqqında Hava limanında artıq məlumat vermisinizsə, hər hansı bir əlavəyə ehtiyac yoxdur. Biz Sizin baqajınızın tapılması üçün çalışırıq və tapıldığı anda Sizinlə dərhal əlaqə saxlayacağıq. Buradan baqaj arayış nömrəsini və sərnişinin soyadını istifadə etməklə bagaj axtarışının statusunu yoxlaya bilərsiniz.
Baqajın zədələnməsi zamanı zərərin kompensasiya olunması üzrə iddia əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin aviaşirkətinin nümayəndəliyinin ofisinə (e-mail wt@azal.az, hteymurov@azal.az, Tel: (99412) 497-26-00 (daxili: 22-05, 30-81)) reysin gəlmə tarixindən etibarən 7 (yeddi) gündən gec olmayaraq, baqajın gecikməsi üzrə pretenziyalarla əlaqədar isə reysin gəlmə tarixindən etibarən 21 (iyirmi bir) gündən gec olmayaraq müraciət etmək lazımdır.
Siz problem haqqında bizə məlumat verdikdə, Sizə 4 hərfli və 5 rəqəmli baqaj arayış nömrəsini təqdim edəcəyik. Məsələn: GYDJ212345