AZAL Miles proqramı vasitəsilə milləri sevdiklərinizə köçürə bilərsiniz, beləcə onlar proqramın imtiyazlarından daha çox yararlanacaqlar! Uçuş millərinin köçürülməsi 2:1 nisbətindədir.
Uçuş miillərinin köçürüləcəyi şəxsin iştirakçı nömrəsi tələb olunur.
Təqvim ili ərzində minimum 500 və maksimum 5000 uçuş mili köçürə bilərsiniz. Köçürmə zamanı hesabınızda ən azı 1000 uçuş mili olmalıdır.
Köçürmə 500 uçuş millik bloklarda aparılır. Məsələn: 500, 1000, 1500 və s.
Uçuş millərinin köçürülməsi 2:1 nisbətindədir. Yəni göndərən 500 uçuş mil göndərirsə, köçürən şəxsdən 1000 uçuş mil çıxılacaq, ancaq köçürülən şəxsə 500 uçuş mil köçürüləcəkdir.
Köçürülmüş uçuş millərinin geri qaytarılması mümkün deyil.
Uçuş millərini köçürən şəxs və uçuş mili köçürülən şəxsin hər birinin ən azı 1 uçuşu olmalıdır.
Sərnişinin köçürdüyü uçuş millərinin son tarixi köçürülən hər uçuş milin son tarixi ilə eynidir.
Uçuş milləri uğurla köçürdükdən sonra hər iki tərəfin e-poçt ünvanlarına məlumat mesajı göndəriləcək.