Vergi və hava limanı yığımlarının uçuş milləri ilə ödənilməsi

Mükafat biletinin vergisini ödəmək üçün də uçuş millərindən istifadə etmək istəyirsən? AZAL Miles proqramının iştirakçısısınızsa, aldığınız biletlərin vergilərini topladığınız uçuş milləri ilə ödəyə bilərsiniz!

  1. Yalnız AZAL Miles proqramının iştirakçılarının AZAL ilə edilən uçuşları üçün etibarlıdır. (tranzit, çarter və daxili uçuşlar istisna olmaqla)
  2. Uçuş milləri ilə yalnız mükafatlandırıcı aviabiletlər üçün vergi və yığımları ödəyə bilərsiniz.
  3. Vergi və hava limanı yığımlarını ödəmək üçün lazım olan uçuş mil sayının hesablanması mükafatlandırıcı biletinin alınmasından fərqlidir və ayrıca hesablanır.
  4. Hər 1 avro vergi və yığım üçün 250 uçuş mili hesablanır.
  5. Vergilər üçün tutulan uçuş milləri də mükafatlandırıcı bilet qaytarılanda geri qaytarılacaq.
  6. Mükafatlandırıcı biletlər üçün vergi və yığımların ödənişi AZAL-ın veb-saytı, mobil tətbiqi vasitəsilə həyata keçirilə bilər.
  7. Vergilər və hava limanı yığımları uçuş milləri və ya nağd pul ilə ödənəndə iştirakçı üçün uçuş mili hesablanmayacaq.