03.09.2024
Azərbaycanın milli aviadaşıyıcısı AZAL “AZAL Miles” loyallıq proqramının tamamilə yenilənməsini və rebrendinqini başa çatdırıb. Həmçinin aviaşirkət qabaqcıl texnologiyalar və xidmətlərin rəqəmsallaşdırılmasını tətbiq etməklə müştərilərin şəxsi kabinetini modernləşdirib. Bu dəyişikliklər istifadəçilərə unikal imkanlar təqdim edir.
Loyallıq proqramının yenilənməsi və şəxsi kabinetin təkmilləşdirilməsi aviaşirkətin daha geniş transformasiya strategiyasının bir hissəsidir. Bu təşəbbüslərin əsas məqsədi xidmət keyfiyyətinin yüksəldilməsi və AZAL-ın beynəlxalq bazarda mövqeyinin möhkəmləndirilməsidir.
Transformasiya çərçivəsində yenilənmiş şəxsi kabinet daha rahat və funksional olub. Rəqəmsallaşma sayəsində sərnişinlər bütün lazımi xidmətləri – aviabiletlərin alınmasından, rezervasiyaların idarə edilməsindən tutmuş millərin idarə edilməsinə qədər – onlayn şəkildə həyata keçirə bilərlər. Şəxsi kabinetdə tətbiq olunan innovativ həllər “AZAL Miles” proqramı ilə qarşılıqlı əlaqəni xeyli asanlaşdırır və xidmətdən istifadəni mümkün qədər rahat və səmərəli edir.
“AZAL Miles” loyallıq proqramının yeni versiyası əvvəlkini əvəz etməklə yanaşı, müştərilərə əvvəl mövcud olmayan imkanlar təqdim edərək funksionallığı və imtiyazları xeyli genişləndirib. Proqramın bütün aspektləri müasir rəqəmsal standartlara uyğun olaraq yenidən işlənib. Proqramın yeni “Fürsətləri səmada tutun” (“More miles, more skies”) şüarı onun müasir səyahətçilərin ehtiyaclarına yönəlmiş yenilənmiş sistem kimi statusunu vurğulayır.
Proqramın əsas yeniliklərinə aşağıdakılar daxildir:
Proqramın bütün statusları üzrə imtiyazlarına aşağıdakılar daxildir:
“AZAL Miles”ın əsas xüsusiyyətləri:
Yenilənmiş proqramda iştirakçılarımız üçün hədiyyələr də hazırlanıb. Belə ki, ilk uçuş və hər bir yeni statusa keçid zamanı “Xoş gəldin” milləri, eləcə də doğum günü milləri təqdim edilir.
Dəyişikliklər zamanı aşağıdakı güzəştlər tətbiq edilib:
Ətraflı məlumat üçün www.azal.az/az/azal-miles/discovery/faq linkinə keçid edə bilərsiniz.
Bu dəyişikliklər şəxsi kabinetin modernləşdirilməsi və “AZAL Miles” proqramının yenilənməsinin aviaşirkətin ümumi transformasiya strategiyasının bir hissəsi olaraq xidmət və müştəri təcrübəsini təkmilləşdirməyə yönəlmiş iki fərqli, lakin bir-biri ilə əlaqəli layihə olduğunu vurğulayır.