“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti milli aviadaşıyıcıdır və MDB ölkələrinin ən müasir təyyarə parkına malik lider aviasiya şirkətlərindən biridir. Sərnişinlərə xidmət keyfiyyətinin yüksək standartlarına görə mülki aviasiya sənayesində qabaqcıl aviadaşıyıcılardandır.
Bunu Skytrax tərəfindən tanınmış beynəlxalq reytinqdə yüksək mövqelər təsdiqləyir. “Azərbaycan Hava Yolları” daim öz marşrut şəbəkəsini genişləndirmək üzərində işləyir - bir çox müntəzəm marşrutlarla yanaşı, daşıyıcı tez-tez yeni mövsümi və çarter marşrutları açır.
Aviasiya Təhlükəsizliyi Baş İdarəsi
Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları”
Milli Aviasiya Akademiyası
“Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi
“AzalOil” Yanacaq-Sürtgü Materialları İdarəsi,
Bakı
Heydər Əliyev Beynəlxalq Aeroportu
Füzuli
Beynəlxalq Hava Limanı
Zaqatala
Beynəlxalq Hava Limanı
Zəngilan
Beynəlxalq Hava Limanı
Gəncə
Beynəlxalq Hava Limanı
Qəbələ
Beynəlxalq Hava Limanı
Yevlax
Hava limanı
Lənkəran
Beynəlxalq Hava Limanı
Naxçıvan
Beynəlxalq Hava Limanı
AZAL 4 Ulduz
Dinamik inkişaf edən aviaşirkət “Skytrax” Britaniya konsaltinq şirkəti tərəfindən dəfələrlə nüfuzlu “4 Ulduz” reytinqini təsdiq etmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu 5 Ulduz
“Skytrax World Airport Awards” tərəfindən ən yüksək mükafata - “5 ulduz” statusuna layiq görülmüş Heydər Əliyev Beynəlxalq Aeroportu MDB ölkələrinin ən yaxşı hava limanları reytinqinə də dəfələrlə başçılıq etmişdir.
“Azərbaycan Hava Yolları” daim öz marşrut şəbəkəsini genişləndirmək üzərində işləyir - bir çox müntəzəm marşrutlarla yanaşı, daşıyıcı tez-tez yeni mövsümi və çarter marşrutları açır.
AZAL öz sərnişinlərinə ən müasir xidmətləri, eləcə də səyahəti mümkün qədər rahat etmək üçün bütün texnoloji həllər təklif edir.
Azərbaycanın mülki aviasiya təyyarələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tam uyğundur və AZAL ən nüfuzlu mülki aviasiya assosiasiyasının - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür. Azərbaycanın milli aviadaşıyıcısı həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) idarə heyətinin üzvüdür.