Məxfilik siyasəti | Azərbaycan Hava Yolları

Fərdi məlumatların toplanılması və işlənilməsi üçün hüquqi əsas

Qanunun 9.6-cı maddəsinə əsasən fərdi məlumatların toplanılması və işlənilməsi yalnız aşağıdakı şərtlərdən biri olduqda həyata keçirilə bilər:

  • müştəri fərdi məlumatlarının toplanılmasına və işlənilməsinə öz razılığını verdikdə və ya bu məlumatlar açıq kateqoriyalı olduqda;
  • fərdi məlumatlar onların toplanılması və işlənilməsi məqsədlərini və üsullarını müəyyən edən qanunvericilik əsasında işlənildikdə;
  • elmi və statistik tədqiqat məqsədləri üçün fərdi məlumatlar onların mütləq qaydada adsızlaşdırılması aparılmaqla işlənildikdə;
  • fərdi məlumatların toplanılması və işlənilməsi subyektin həyat və sağlamlığını qorumaq üçün lazım olduqda.

Müştəri AZAL Miles Proqramına qoşulmaqla fərdi məlumatlarının bu Məxfilik Siyasətinə uyğun olaraq AZAL tərəfindən toplanılmasına və işlənilməsinə razılığını verir. Həmin razılıq müştəri tərəfindən yazılı qaydada geri götürülənə qədər qüvvədə qalır. Müştəri tərəfindən razılığın geri götürülməsi onun AZAL Miles Proqramına üzvlüyünə xitam verir.

Toplanılan və işlənilən fərdi məlumatların kateqoriyaları

AZAL tərəfindən aşağıda qeyd edilən məlumatların toplanılması və işlənilməsi həyata keçirilir:

Şəxsiyyəti təsdiq edən sənədlər üzrə məlumatlar – müştərinin/istifadəçinin AZAL-a məxsus veb səhifələrdə hesab yaradarkən qeyd etdikləri ad, soyad, milliyət (vətəndaşlıq), doğum tarixi, cinsiyyət, səyahət sənədlərinin növü və nömrəsi, etibarlılıq müddətinin başlama və bitmə tarixi, sənədin verildiyi ölkə və şəxsiyyəti təsdiq edən sənədlərdə əks edilmiş digər məlumatlar.

Əlaqə məlumatları – müştərinin/istifadəçinin AZAL-a məxsus veb səhifələrdə hesab yaradarkən qeyd edilən telefon nömrəsi, mobil nömrə, elektron poçt ünvanı, sosial media hesabları, faktiki yaşadığı və ya qeydiyyatda olduğu ünvan və digər əlaqə məlumatları.

Müştəri müraciətləri üzrə məlumatlar – müştərinin/istifadəçinin AZAL-a müraciəti ilə bağlı CDR (call detail record), Çağrı Mərkəzinin məlumatları, ödəniş kartı məlumatları, müştəri təlimatları, kassa qəbzləri və digər məlumatlar.

Proses təhlükəsizliyi məlumatları – rəqəmsal kanallarda təqdim edilən məhsul və ya xidmətlərdən faydalanılan zaman yaradılan şəxsi kabinet üzrə məlumatlar (istifadəçi adı və şifrə).

Risk idarəetmə məlumatları - dövlət qurumları tərəfindən müştəri/istifadəçi ilə bağlı təmin edilən müxtəlif sorğu nəticələri və qeydlər, uçuşa qadağanın olmasına dair təhlükəsizlik sorğusu qeydləri, ünvan qeydiyyatı sistemi qeydləri, IP ünvan monitorinq qeydləri və bu kateqoriyadan olan digər məlumatlar.

Maliyə məlumatları – şəxsin AZAL-a məxsus məhsul və xidmətləri əldə edərkən etdiyi ödənişlər zamanı toplanılan məlumatlar (kredit/debet kartı məlumatı, bank hesabı məlumatı, IBAN məlumatı, balans məlumatı və digər maliyyə məlumatları).

Şəxsi məlumatların xüsusi kateqoriyaları - sağlamlıq haqqında məlumat, allergiya məlumatları, qida seçimləri, əlillik (sağlamlıq imkanlarının məhdudluğu) məlumatları və uçuşa təsir edə biləcək və xüsusi xidmətlərin göstərilməsi üçün zəruri olan digər məlumatlar.

Marketinq məlumatları - marketinq məqsədləri üçün istifadə olunan müştərinin/istifadəçinin vərdişlərini və zövqlərini göstərən hesabatlar və qiymətləndirmələr, çərəz qeydləri, məlumat bazasının genişləndirilməsi nəticəsində əldə edilən məlumatlar, məmnunluq sorğuları, məlumat toplama kampaniyaları və birbaşa marketinq fəaliyyətləri nəticəsində əldə edilən qiymətləndirmə nəticələri və bu kateqoriyadan olan digər məlumatlar.

Fərdi məlumatların toplanılması və işlənilməsi məqsədləri

Fərdi məlumatlar aşağıda qeyd olunan məqsədlər üçün toplanılır:

Təqdim edilən xidmətlərin (məhsulların) təkmilləşdirilməsi; Millərin təqdim edilməsi; Səyahət rezervasiyalarının idarə edilməsi və AZAL tərəfindən təqdim edilən digər xidmətlərdən yararlanmağın təmin edilməsi; Müştərilər ilə əlaqə saxlanılması və müştəri ilə münasibətlərin idarə olunması; Əməliyyatlar ilə bağlı ünsiyyətin təmin edilməsi; Müştəri təcrübəsinin fərdiləşdirilməsi və təkmilləşdirilməsi; Məhsullar və ya xidmətlərimiz haqqında məlumat verilməsi; Fövqəladə halların və hadisələrin idarə edilməsi ilə bağlı əməliyyatların icrası; Qanunvericiliyin tələblərinə riayət edilməsi; Maliyyə və ya mühasibat əməliyyatlarının aparılması; İnformasiya texnologiyaları infrastrukturunun yaradılması və informasiya təhlükəsizliyi ilə bağlı proseslərin və əməliyyatların icrası və onlara nəzarət; Dələduzluq hallarının və digər qanunsuz əməllərin qarşısının alınması.

Fərdi məlumatların ötürülməsi

Qanunun 13-cü və 14-cü maddələri ilə müəyyən edilmiş hallarda müştərinin fərdi məlumatları qanunvericiliyin tələblərinə uyğun olaraq üçüncü şəxslərə verilə (ötürülə) bilər. Müştərinin fərdi məlumatları aşağıda qeyd edilən üçüncü şəxslərə verilə (ötürülə) bilər:

  • AZAL-ın ölkə daxilindəki və xaricdəki biznes tərəfdaşları;
  • AZAL-ın struktur bölmələri;
  • Təchizatçılar;
  • Daşımanın həyata keçirildiyi xarici dövlətlər, səlahiyyətli beynəlxalq təşkilatlar;
  • Dövlət orqanları.

Elektron bildirişlərin göndərilməsi

Müştərinin fərdi məlumatları AZAL-ın xidmətləri haqqında məlumat vermək, mal və xidmətlərini tanıtmaq və müştərini kampaniyalar barədə məlumatlandırmaq üçün işlənilə (istifadə edilə) bilər. Bu məqsədlə AZAL müştərinin əlaqə vasitələrinə yazılı (dijital) bildirişlər göndərə bilər.

Müştərinin (məlumat sahibinin) hüquqları

Müştəri aşağıdakı hüquqlara malikdir:

  • özü barəsində fərdi məlumatların mövcudluğu, onların mülkiyyətçisi və ya operatoru haqqında məlumat almaq;
  • özü barəsində fərdi məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin onun üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq;
  • özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;
  • özü barəsində fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını, onun fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək;
  • özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək;
  • özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək;
  • özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək;
  • özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək.

İstifadəçi yuxarıda qeyd edilən hüquqlarını həyata keçirmək və müvafiq sorğularını AZAL-a göndərmək üçün aşağıdakı əlaqə məlumatları vasitəsilə AZAL ilə əlaqə saxlaya bilər. Sorğuya onun xarakterinə uyğun olaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər çərçivəsində cavab veriləcək.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti AZ1044, Baku, Azerbaijan Tel: +994 12 497 26 00 Fax: +994 12 598 52 37 Email: airline@azal.az