AZAL-Miles proqramı “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə tez-tez uçan sərnişinlər üçün yaradılmış proqramdır.
AZAL-Miles tez-tez uçan sərnişin proqramı olaraq, iştirakçılarını səyahət və status balları ilə mükafatlandırır.

"Azərbaycan Hava Yolları" aviaşirkətinin müntəzəm reysləri ilə uçuşlara görə və proqramın əməkdaş şirkətlərinin xidmətlərindən istifadə edildiyi zaman hesaba səyahət balları əlavə edilir. Hesaba əlavə edilən səyahət ballarının sayı (tarifə rüsumlar, hava limanı yığımları və əlavə xərclər istisna olmaqla) ödənilmiş əsas tarifin hər bir avrosuna görə əlavə edilir.

Səyahət balları “Azərbaycan Hava Yolları” QSC-nin müntəzəm uçuşlarında mükafatlandırmalara dəyişdirilə bilər.

Yerinə yetirilən hər uçuşa görə sərnişin müəyyən miqdarda status balları toplayır. Həmin status ballarının miqdarı uçuş istiqamətindən və xidmət sinfindən asılıdır.

  • Bir iştirak ili ərzində topladığı 8000 Status balı ilə Classic statusundan Gold statusunadək yüksəldiləcəkdir
  • Bir iştirak ili ərzində topladığı 20000 Status balı ilə Gold statusundan Platinum statusunadək yüksəldiləcəkdir

AZAL-Miles proqramının üzvü olun

Daxil olQeydiyyat

AZAL-Miles proqramı üzrə iştirakçı statusları

Classic status - iştirakçılığın başlanğıc statusudur.

  • Classic statuslu iştirakçılar aviabiletin əsas tarifinin hər bir avrosuna (1 €) görə 1 səyahət balı toplayırlar.
  • Classic statuslu iştirakçılara virtual iştirakçı kartı təqdim edilir (fiziki olaraq kart təqdim edilmir).
  • 8000 status balı toplandıqda iştirakçı statusu növbəti iştirak ili ərzində Gold statusuna yüksəldiləcəkdir.

Gold status

  • Gold statuslu iştirakçılar aviabiletin əsas tarifinin hər bir avrosuna (1 €) görə 2 səyahət balı toplayırlar.
  • • İştirakçılara daha çox güzəştlər əldə etməyə imkan verən Gold statuslu virtual kart təqdim olunur.( fiziki olaraq kart təqdim edilmir). Gold statusunu saxlamaq və ya növbəti statusuna yüksəlmək üçün iştirakçılar bir iştirak ili ərzində lazımi miqdarda bal toplamalıdırlar.
  • Kifayət qədər status balı toplayan iştirakçıların statusu avtomatik olaraq Platinum statusuna yüksəldiləcəkdir.
  • Bir iştirak ili ərzində Gold statusunun saxlanılması üçün kifayət qədər status balı toplamayan Gold statuslu iştirakçılar Classic statusuna endiriləcəkdir.

Platinum status

  • Platinum statuslu iştirakçılar aviabiletin əsas tarifinin hər bir avrosuna (1 €) görə 3 səyahət balı toplayır. -• İştirakçılara daha çox güzəştlər əldə etməyə imkan verən Platinum statuslu virtual kart təqdim olunur.( fiziki olaraq kart təqdim edilmir). Platinum statusunu saxlamaq üçün iştirakçılar iki iştirak ili ərzində lazımi miqdarda bal toplamalıdırlar.
  • Bir iştirak ili ərzində Platinum statusunun saxlanılması üçün kifayət qədər status balı toplamayan Platinum statuslu iştirakçılar Gold statusuna endiriləcəkdir.
  • AZAL-Miles proqramı bütün sərnişinlərə unikal və istifadəsi asan mükafatlar təqdim edir.
  • Sərnişin proqramda qeydiyyatdan keçdiyi andan yaradılan fərdi hesab vasitəsilə bütün iştirakçılar öz iştirakçılıq fəaliyyətinə nəzarət edə bilərlər.

Daha ətraflı məlumat Qaydalar və Şərtlər bölməsində qeyd edilib.