"Azərbaycan Hava Yolları" aviaşirkətinin bütün beynəlxalq reyslərində pulsuz qidalanma təmin olunur.

Günün hansı vaxtı uçmağınızdan asılı olmayaraq, Sizə hər zaman diqqətlə seçilmiş məhsullardan hazırlanmış dadlı yemək seçimi təklif olunacaq. İsti yemək ilə yanaşı, bütün reys ərzində Siz həmçinin limitsiz miqdarda çay və qəhvə sifariş edə bilərsiniz.

Qeyd edək ki, menyu Sizin uçuş sinfinizdən, mövsümdən, günün vaxtından və uçuş istiqamətindən asılı olaraq dəyişə bilər. Uçuş müddəti 150 dəqiqədən az olan reyslərdə ekonom sinfində isti yeməklər təqdim olunmur. Həmin uçuşlarda sərnişinlərə çay, kofe və su verilir.

"Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərində ekonom sinif aviabileti alarkən əlavə olaraq aşağıda təqdim olunmuş setlərdən biznes sinif təamları əldə edə bilərsiniz. Diqqətinizə çatdırırıq ki, yay mövsümündə soyuq qəlyanaltı kimi ət, qış mövsümündə isə dəniz məhsulları təqdim edilir.

Siz həmçinin xüsusi növ yeməkləri pulsuz sifariş edə bilərsiniz. Bunun üçün bizim aviaşirkətimizin çağrı mərkəzinə uçuşunuza ən azı 24 saat qalmış müraciət etməyiniz lazımdır. Sizin yaş və pəhriz xüsusiyyətləriniz nəzərə alınaraq, sizə müxtəlif növ bort qidası təklif olunur.

Xüsusi qidalanma növləri

  • CHML: (Uşaq yeməyi): Xüsusi olaraq uşaqlar üçün nəzərdə tutulan menyu uşaqlarınızın zövqücə olacaq.

  • BBML:(körpə yeməyi): 2 yaşa qədər uşaqlar üçün bütün keyfiyyət standartlarına cavab verən tərəvəz və meyvə tərkibli xüsusi qida təqdim edilir.

Vegetarianlar

  • AVML: Asiya vegetarian qidası (Hind vegetarian qidası)

  • RVML: Vegetarian qidası (ətsiz naharlar, tərkibində süd məhsulları ola bilər)

  • VGML: Qərb vegetarian qidası

  • VLML: Tərkibində ət məhsulları, balıq və ya dəniz məhsulları olmayan qida (Qidanın tərkibində süd məhsulları və yumurta ola bilər)

  • NLML: Tərkibində süd məhsulları olamayan qida

  • VOML: Şərq vegetarian qidası

Pəhriz yeməkləri

  • DBML: Diabetik qida

  • GFML: Tərkibində qlüten olmayan qida

  • LFML: Tərkibində az miqdarda yağ olan qida

  • LSML: Tərkibində az miqdarda duz olan qida

  • LCML: Az kalorili qida

  • LPML: Tərkibində az miqdarda zülal olan qida

  • PRML: Tərkibinə az miqdarda purin olan qida

  • Etnik yemək

  • HNML: Hind qidası

  • KSML: Koşer qidası - sifariş uçuşdan ən azı 24 saat əvvəl qəbul edilir.

  • MOML: Müsəlman qidası

  • ORML: Şərq qidası

  • VJML: Caynizm davamçıları üçün vegetarian qidası

Xüsusi tələbatlar

  • SFML: Dəniz məhsullarından hazırlanmış qida

  • BLML: Həzm etmə və ya qidanın çeynənməsi ilə problemi olanlar üçün üyüdülmüş yumşaq qida

  • FPML: Təzə mövsümi meyvələrdən hazırlanmış qida

  • NFML: Tərkibində balıq və digər dəniz məhsulları olmayan qida

  • HFML: Tərkibində çox miqdarda sellüloz olan qida